4 dekabr 2016 12:30
Cəfərov oynamadı, komandası Dinamoya qalib gəldi
Futbol üzrə Xorvatiya ikinci liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Zaqreb "Dinamo"sunun ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 28 xalla 12 klub arasında 4-cü pillədə qərarlaşıb.
