4 dekabr 2016 12:15
Nağıyev oynamadı, Dnepr qalib gəldi
Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
Nağıyev bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Hesabından 6 xal silinmiş "Dnepr" hazırda 11 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.
