4 dekabr 2016 12:00
Eddi oynadı, komandası darmadağınla qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Saraqosa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:0.
İsrafilov bu görüşün 68-ci dəqiqəsində meydana buraxılıb.
"Kadis" 17 turdan sonra 24 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.
