4 dekabr 2016 11:30
Qurbanov Sadıqovla bağlı risk etmək istəmir
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müalicəsini yarıda dayandırdığını və Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində İtaliya "Fiorentina"sı ilə oyuna hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, ilk dəfə pley-offa çıxmağa yaxın olan komandasının heyətlə bağlı itkilərdən əziyyət çəkdiyi bir vaxtda riskə getmək məcburiyyətində qalıb.
Çünki Maksim Medvedevlə Migel Madera da cəzalı duruma düşdüyündən, Bakıda baş tutacaq italyanlarla dueli buraxmalı olacaq.
Amma baş məşqçi Qurban Qurbanov fərqli açıqlama verib. O bildirib ki, Sadıqovla bağlı riskə getmək istəmirlər. Qurbanovun sözlərinə görə, həkimlər 100 faiz zəmanət verməsələr, kapitan noyabrın 8-də keçiriləcək oyunda iştirak etməyəcək.
