4 dekabr 2016 02:00
Prosineçki El Klasikoya köməkçiləri ilə baxdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçi İspaniyanın "Real" və "Barselona" klubları arasında baş tutan növbəti "El Klasiko"nu canlı izləyib. Azerisport.az xəbər verir ki, hazırda Azərbaycanda olan xorvatiyalı mütəxəssis bunun üçün köməkçiləri ilə birgə Bakıdakı klublardan birinə üz tutub.
Prosineçki ilə yanaşı, qarşılaşmanı Mahmud Qurbanov və millimizin administratoru Riad Rəfiyev də izləyib.
Qeyd edək ki, "Barselona" - "Real" matçı 1:1 hesabıyla başa çatıb.
