3 dekabr 2016 21:00
Qurban Qurbanov: Fasilədən sonra rəqib mübarizə apara bilmədi
"Qarabağ" ölkə kubokunun 1/8 final mərhələsində "Səbail"i 5:0 hesabıyla məğlub etdi. Azerisport.az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:
"Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdü, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələr bizim üçün çox çətin oldu. 2:0 dan sonra rəqib fərqlənə bilərdi. "Səbail"ə uğurlar arzu edirəm".
