3 dekabr 2016 19:00
Azərbaycan Kubokunda 1/4 finalçılar bəlli oldu
Azərbaycan Kubokunda 1/4 finalçılar müəyyənləşib. Azerisport.az xəbər verir ki, növbəti mərhələdə Topaz Premyer Liqasının iştirakçıları mübarizə aparacaqlar.
1/4 final mərhələsində cütlər aşağıdakı kimidir:
"Zirə" – "Neftçi"
“Qarabağ” – "Sumqayıt"
"İnter" – "Kəpəz"
"Qəbələ" – AZAL
1/4 final mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Mərhələnin ilk oyunları 11-13 dekabr, cavab oyunları isə 20-21 dekabr tarixində reallaşacaq.
