3 dekabr 2016 16:00
Bəhmən Həsənov: Problem həll olunmasa, Rəvanı tərk edəcəyəm
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov komandasının gələcək planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubda böyük problemlər var. Problemlər yaxın zamanda həll olunmasa, "Rəvan"ı tərk edəcəyəm. Əks halda komandada qalmaq və işimi davam etdirmək istəyirəm. Ola bilsin ki, hər kəs yaxın zamanda fərqli "Rəvan" görsün. Maliyyə məsələləri həll oluna bilər. Bu, alınsa, daha keyfiyyətli legionerlər dəvət edə bilərik".
