3 dekabr 2016 13:50
"Rəşad Sadıqov 10 yaş gənc olsaydı, Barselonada da oynaya bilərdi"
"Qarabağ"ın sabiq məşqçisi Borçe Xristov Ağdam klubunun indiki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" "Qəbələ"yə qarşı çempion kimi oynadı. Amma mövsümün sonunda bu komandalardan hansının birinci olacağını indidən demək olmaz. "Qarabağ"ın güclü və sabit heyəti var. Amma "Qəbələ" də sona qədər mübarizə aparacaq. "Qarabağ"ın qarşıda İtaliya "Fiorentina"sı ilə həlledici Avroliqa matçı var. Əlbəttə, Rəşad Sadıqov, Maksim Medvedev və Migel Maderasız komandaya çətin olacaq. Maksimlə Migel güclü oyunçudur. Amma "Qarabağ"ın əsas itkisi kapitanın yoxluğudur. Rəşad Azərbaycanın ən yaxşı futbolçusudur. O 10 yaş gənc olsaydı, hətta "Barselona"da da oynaya bilərdi".
