3 dekabr 2016 11:30
Ramazan Abbasov: Qarabağla oyun gənc futbolçularımız üçün stimuldur
"Səbail"in müdafiəçisi Ramazan Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibimizin Premyer Liqa təmsilçisi olduğunu başa düşürük. Amma ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bu, gənc futbolçularımız üçün də bir stimuldur. Qələbə qazanmaq şanslarımızdan danışmaq çətindir. Lakin futbolda hər şey olur. "Qarabağ"ın hansı heyətlə oynayacağını bilmirik. Onların meydana əsas və ya ehtiyat heyətlə çıxmasının bizim üçün önəmi yoxdur".
