3 dekabr 2016 02:00
Qəbələnin rəqibi Bavariyaya uduzdu
Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bavariya" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Qeyd edək ki, 13 turdan sonra 17 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 9-cu pillədə qərarlaşıb.
