3 dekabr 2016 01:00

Qəbələdən 12-ci start, Qriqorçuk üçün yubiley

Azərbaycan kubokunda 2016/2017 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 1/4 finala vəsiqə uğrunda matçda Birinci Divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.

Qəbələdə baş tutacaq oyun meydan sahiblərinin debütantla ilk görüşü olacaq. Bunadək kubok matçlarında 15 komanda ilə üz-üzə gələn “Qəbələ” özünün 16-cı rəqibini sınağa çəkəcək.

Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 12-ci dəfə bu yarışın start xəttinə çıxır. 11 mövsümdən birində finala (2013/2014), üçündə yarımfinaladək (2007/2008, 2008/2009, 2015/16) irəliləyən “qırmızı-qaralar” 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıbsa, 3 dəfə 1/8 final səddini adlaya bilməyib. Bu, 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində yaşanıb.

Ölkə kubokunda indiyədək 47 oyun keçirən “Qəbələ” 22 dəfə qalib gəlib, 16 dəfə heç-heçə edib və yalnız 9 dəfə uduzub. Turnirdə 74 qol vuran komanda “Zaqatala”nın qapısına 1 dəfə yol tapsa, bu, yubiley topu olacaq.

Bu 47 qarşılaşmada “Qəbələ”nin heyətində 160 futbolçu meydana çıxıb. Komandanın rekordçusu Samir Zərgərovun hesabında 18 oyun var. Dodo 15, Viktor Mendi və Azər Həşimov hərəyə 13 kubok matçında forma geyiniblər. İndiki heyətdən Ürfan Abbasov hamıdan öndədir – 12 oyun. Elvin Camalovla Rafael Santos “Qəbələ”də 10-cu kubok oyununu "Zaqatala"ya qarşı keçirə bilər. Bunun üçün onların meydana çıxması kifayətdir. Kubokda vurulan 74 qola 43 futbolçu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Aleksey Qay, Viktor Mendi ilə İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər.

“Zaqatala” ilə oyun baş məşqçi Roman Qriqorçuk üçün də əlamətdar olacaq. Ukraynalı mütəxəssis bu posta təyinatından sonra “Qəbələ” 100-cü – yubiley matçını keçirəcək. İndiyədək 99 qarşılaşmada komandaya rəhbərlik edən Qriqorçuk üç turnirdə iş başında olub. Bunların 65-i Premyer Liqaya, 27-si Avropa Liqasına, 7-si ölkə kubokuna təsadüf edib. Onun yetirmələri 46 qələbə qazanıb, 26 heç-heçə edib və 27 dəfə uduzub. 146 qolun sevincini yaşayan mütəxəssis 89 buraxılan qola üzülüb.

Xatırladaq ki, “Qəbələ” ötən mövsüm də kuboka dekabrın 3-də start vermişdi. Həmin gün 1/8 final mərhələsinin “Mil-Muğan”la oyununda “qırmızı-qaralar” 7 cavabsız qol vurmuşdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.