3 dekabr 2016 00:50

Katalin Doman: Ən yaxşı illərimi Xəzər Lənkəranda keçirmişəm

Rumıniyanın "Politexnika Timişoara" klubunun yarımmüdafiəçisi Katalin Doman sabiq komandası "Xəzər Lənkəran"la bağlı xatirələrini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Karyeram ərzində yalnız Azərbaycanda legioner həyatı yaşamışam. Buna görə də ölkəniz həmişə diqqət mərkəzimdədir. Hətta deyərdim ki, ən yaxşı illərimi "Xəzər Lənkəran"da keçirmişəm. Orada iki il çıxış etdim və komanda üçün əlimdən gələni etməyə çalışdım. Buna görə də hazırda "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasına çox üzülürəm. Belə böyük bir komandanın indi mövcud olmaması məyusluq yaradır. Niyə belə olduğunu dəqiq bilməsəm də, istərdim ki, komanda yenidən bərpa olunsun. "Xəzər Lənkəran"la bağlı çox xatirəm var. Xüsusilə də "Neftçi"yə qarşı oyunlar. Bizim azarkeşlər üçün bu rəqibə qalib gəlmək həmişə vacib olub. Əksər vaxtlarda da buna nail olurduq. "Qarabağ"la oyunlarımız da maraqlı alınırdı. Bu komanda o dövrlərdə də güclü idi. İndi isə ardıcıl üç mövsümdür çempion olur. XL yenidən bərpa olunsa, oraya qayıtmağa hazıram. Fikrimcə, "Xəzər Lənkəran"sız çempionat əvvəlki kimi maraqlı deyil".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.