3 dekabr 2016 00:40

Əsgər Abdullayev: Heyəti şəxsən özüm yığmışam, onlara inanıram

"Turan Tovuz"un baş məşqçisi Əsgər Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Kubok oyununa hazırlıq necə gedir?
- Həmişəki kimi, hazırlaşırıq, çalışırıq. Bizim üçün bu görüş yaxşı bir imtahandır. Premyer Liqa klubu ilə qarşılaşmağımız böyük bir məsuliyyət deməkdir. "Zirə" elitanı təmsil edirsə, təbii ki, bizdən güclüdür. Şübhəsiz ki, çətin oyun olacaq.

- Belə bir rəqiblə oyunda şanslarınız barədə nə deyə bilərsiniz?
- Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. "Zirə" cütün favoritidir. Rəqib ötən mövsümün vitse-çempionudur. Bu mövsüm də pis çıxış etmirlər. Oyunlarını görmüşəm. İntizamlı komandadır.

- Kubok oyunları elita və divizion klubları arasında ciddi fərq olduğunu göstərir. Bu oyunda necə olacaq?
- Bu turnirləri müqayisə etmək istəmirəm. Bu, mənim işim deyil. Amma motivasiyalıyıq. Hər komanda özünü yaxşı tərəfdən göstərmək istəyir. Biz də "Zirə"yə müqavimət göstərməyə çalışacağıq.

- Bu turnirdə hədəfiniz nədən ibarətdir?
- Mövsüm üçün əsas hədəfimiz Premyer Liqaya çıxmaqdır. Kuboka gəlincə, mümkün qədər irəliləmək istəyirik.

- Danışılmış oyunlara görə müvəqqəti futboldan kənarlaşdırılanlar arasında "Turan Tovuz"dan heç kimin adına rast gəlmədik...
- "Turan Tovuz"da belə şeylər olmayıb, olmayacaq da. Mən belə bir şeyi təsəvvür edə bilmirəm. Futbolçularım heç vaxt buna getməz. Biz təmiz futbol oynamaq, elitaya yüksəlmək istəyirik. Oyunçularıma inanıram.

- Amma hətta siyahıda adı yer alan futbolçulara da baş məşqçilərindən dəstək var...
- Kimisə inandırmağa çalışmaq, and içmək fikrim yoxdur. Bu söhbətdə hansısa futbolçumuzun adı hallansa belə, bununla bağlı hər cür yoxlama aparmağa hazırıq. Bu komandanı şəxsən özüm yığmışam. Digər klublarda belə oyunçuların tapılmasına gəlincə, biz öz işimizlə məşğuluq, digərlərinin işinə qarışmırıq. Bu, onların öz işidir. Məni ancaq "Tovuz Turan" narahat edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.