2 dekabr 2016 15:15
İnter azarkeşləri təyyarə qəzasında həlak olan futbolçunu belə andılar
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, "İnter" öz meydanında "Qaradağ Lökbatan"ı qəbul edir.
Komandalar matça 1 dəqiqəlik sükutla başlayıb. Oyunçular meydanın mərkəzinə yığılaraq bir neçə gün əvvəl təyyarə qəzasında həlak olan Braziliyanın "Şapekoense" klubunun üzvlərini yad ediblər.
Bundan başqa qəzada həlak olan sabiq "İnter"li Filipe Maçado da yad edilib. "Bankirlər"in azarkeşləri mərhuma aid pankart açıblar - "Filipe Maçado. Kədərlə anırıq".
