2 dekabr 2016 15:00

Murad Ağayev: Neftçinin başqa hədəfi ola da bilməz

"Neftçi"nin yarımmüdafiəçisi Murad Ağayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şərurspor"a qarşı oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Şərurspor"u "Neftçi" üçün nə dərəcədə zəif rəqib saymaq olar?
- Xeyr, zəif rəqib olmur. Biz bu matça ciddi hazırlaşmışıq və qələbə qazanmaq istəyirik.

- Rəqib barədə nə bilirsiniz?
- "Şərurspor" futbolçularının özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlarını yaxşı bilirik. Yəqin ki, onlar aşağı divizionda da yaxşı oyunçuların olduğunu isbatlamaq üçün səy göstərəcəklər. Amma biz qələbə qazanmalıyıq.

- Premyer Liqada autsayder olan komandanızda ab-hava o qədər də yaxşı deyil. Belə bir vəziyyətdə Birinci Divizion klubuna qalib gələcəyinizə inanırsınız?
- Sərgilədiyimiz oyuna görə narahat deyiləm. Düzdür, nəticələrimiz ürəkaçan deyil. Amam bizim də zamanımız gələcək. Vəziyyəti yaxşıya doğru dəyişəcəyimizə inanıram.

- Azarkeşlərin komandaya inamsızlığı sizə nə dərəcədə təsir edir?
- Onları başa düşürəm. Azarkeşlər də bizdən nəticə istəyirlər. Onlara demək istərdim ki, bir az da dözsünlər və bizim yenidən çempionluğa oynamağımızı görəcəklər. Qoy həm baş məşqçiyə, həm də bizə vaxt versinlər. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edirik.

- "Neftçi"nin kubokdakı hədəfi nədən ibarət olacaq?
- Klubun hədəfi ancaq qalib gəlməkdir. Başqa hədəf ola da bilməz. Qələbə qazanmaq istəməsək, niyə meydana çıxmalıyıq ki?

- "Şərurspor"a məğlub olsaz, yenə belə deyəcəksiniz?
- Ümid edirəm ki, uduzmarıq. Bütün diqqətimizi qələbə qazanmağa yönəltmişik. Məğlubiyyətdən qorxmaq lazım deyil. Bu, böyük səhvdir.

- Qışda "Neftçi"də ciddi dəyişikliklər olacaq. Siz komandada qalacağınıza inanırsınız?
- Klubla müqaviləm var.

- "Qarabağ"la "Qəbələ"nin çempionluğa oynamasını autsayderlər qrupundan izləmək necədir?
- Əlbəttə, biz də liderlər qrupunda yer almaq istərdik. Ümid edirəm ki, bizim də Azərbaycan çempionu olacağımız vaxt gələcək. Nə vaxt, deyə bilmərəm. Amma mümkün qədər tez və "Neftçi" ilə çempionluğu bayram etmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.