Roman Qriqorçuk: Zaqatala bizə müqavimət göstərəcək gücdədir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zaqatala"ya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Motivasiya çatışmazlığından söhbət gedə bilməz. Kubok oyunudur, hər bir futbolçu motivasiyalıdır. Rəqibimizin Birinci Divizionda çıxış etməsinə fikir vermirik. Bu komanda bizə müqavimət göstərəcək gücdədir. Heyətdə dəyişiklik ola bilər, amma elə də çox yox. Mövsümün əvvəlindən demişəm ki, hədəflər barədə danışmayacağam. Amma qarşıya yüksək hədəflər qoymadan necə futbol oynamaq olar? Buna da addım-addım irəliləmək lazımdır. Qarşıdakı oyunları düşünürük. Öncə qarşıdakı oyunları düşünməliyik, sonra titul qazanmaq barədə düşünmək olar".
