Rahid Əmirquliyev: Səbaillə oyun bizim üçün asan olmayacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb, Premyer Liqanın son turunda "Qəbələ" üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səbail" yaxşı koandadır, Birinci Divizionda çempionluğa oynayır. Bizə asan olmayacaq. Əlbəttə, qarşıdakı oyuna ciddi yanaşırıq. Tam olaraq bu görüşə köklənmişik və qələbə qazanmaq istəyirik. Artıq "Qəbələ" ilə oyundan sonra tam bərpa olmuşuq. Bu komanda ilə oyunumuz da maraqlı alındı. Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Xoşbəxtlikdən istəyimizə çatdıq. Oyundan sonra baş verənlərə gəlincə, futbolda belə hallar olur. Çünki futbol emosiyaları sevən oyundur. Meydanda nə baş vermişdisə, hamısı orada qaldı. Bunu çox qabartmaq lazım deyil".
