2 dekabr 2016 12:40
Martin Broberq Qəbələdən dəvət gözləyir
İsveçrin "Erebru" klubunun yarımmüdafiəçisi Martin Broberq "Qəbələ"dən təklif gözlədiyini bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"yə keçidim yayda baş tutmadı. Halbuki, bu kluba keçməyi çox istəyirdim. Komandanızın hazırda mənim transferimdə nə dərəcədə maraqlı olduğunu bilmirəm. Amma istənilən halda onlardan təklif almağıma şad olardım".
