2 dekabr 2016 11:45
Prosineçki ilin ən yaxşı baş məşqçisi və futbolçusuna səs verdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki 2016-cı ilin ən yaxşı baş məşqçisi və futbolçusu ilə bağlı sorğuda iştirak edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu kimi Lionel Messini fərqləndirib.
Ən yaxşı məşqçi kimi isə o, Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuşu seçib.
