2 dekabr 2016 11:00
Tounkara AZAL-la müqaviləyə imza atdı
AZAL daha bir transferi rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, idman mətbuatınım son vaxtlar müzakirəyə çıxardığı Sadio Tounkaranın keçidi nəhayət baş tutub.
Bu gün müqaviləyə imza atan malili futbolçu ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub. Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq. Sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyən Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.
