2 dekabr 2016 18:53

Neftçi, İnter, AZAL və Sumqayıt 1/4 finalda!

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

İlk oyun MOİK və “Sumqayıt” arasında keçirilib. Görüşün son dəqiqələrində vurulan iki qol elita təmsilçisi "Sumqayıt"ı ilk 1/4 finalçı edib.

Daha sonra “İnter” “Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də elita təmsilçisi darmadağınla növbəti mərhələyə adlayıb. 

Premyer Liqanın autsayderi AZAL “Rəvan”la qarşılaşıb. Elita təmsilçisi Birinci Divizionun autseydirini darmadağın edib.

“Neftçi” də “Şərurspor”u qəbul edib. Tarixinin ən pis dönəmini yaşayan "Ağ-qaralar" sürprizə imkan verməyib və iki erkən qol sayəsində qələbə qazanmağı bacarıb.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr (cümə)

MOİK - “Sumqayıt” - 0:2
Qollar: M.Qurbanov, 76 (0:1). A.Yunanov, 82 (0:2).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov.
Bakı. “Bayıl Arena”.

MOİK: 12. Ağaseyid Qasımov, 13. Bayram Kərimov, 4. Bilal Abbaszadə, 22. Sənan Bayramzadə, 19. Hüseyn Axundov, 25. Qərib İbrahimov, 7. Mirkamil Əliyev, 14. Orxan Həsənov (k), 77. Elvin Həsənəliyev, 21. Ramil Orucov, 11. Cavid Muxtarzadə.
Ehtiyat oyunçular: 94. Rafiq Kərimov, 97. Anar Həsənov, 3. Fərid Abbaslı, 10. Məhəmməd Bədəlbəyli, 8. Rafael Qəvami, 88. Müşfiq Teymurov, 9. Cavidan Şükürov.
Baş məşqçi: Ramil Əliyev.
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. İbrahim Abednejad, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 39. Tural Bayramlı, 42. Kamran Abdullazadə.
Məşqçi: Seymur Rəhimov.

“İnter” - “Qaradağ Lökbatan” - 5:1
Qollar: R.Əliyev, 13 (1:0). R.Abışov, 51-pen. (2:0). R.Əliyev, 53 (3:0). A.Ramazanov, 60 (4:0). R.Abışov, 76 (5:0). M.Alıyev, 90+1 (5:1).
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Cəmil Quliyev, Alik Yunusov.
Bakı. “İnter Arena”.

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 3. Denis Silva, 33. Tərlan Quliyev, 17. Abbas Hüseynov, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 88. Məmməd Quliyev, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 98. Qara Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
“Qaradağ Lökbatan”: 26. Davud Əsgərov, 38. Mübarək Şahquliyev, 4. Elxan Cəbrayılov, 20. Elmir Məmmədov, 3. Nicat Əsgərov, 14. Elgiz Kərimli, 8. Emin Mustafayev, 18. Comərd Baxşəliyev, 22. Məhəmməd Xəlilov, 19. Rüfət Məmmədov (k), 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 9. Aydın Qasımov, 6. Natiq Kərimi, 55. Tanrıverdi Məhərrəmli, 5. Anar Kərimov, 10. Eşqin Quliyev, 11. Məhəmməd Alıyev.
Baş məşqçi: Azər Bağırov.

AZAL - “Rəvan” - 4:0
Qollar: Ş.Məmmədov, 12 (1:0). M.Hüseynpur, 62 (2:0). D.Canelidze, 80 (3:0). D.Canelidze, 85 (4:0).
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, İsgəndər Əliyev, Rəşad Əhmədov.
Bakı. “AZAL Arena”.

AZAL: 1. Rəşad Əzizli, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 95. Şirməmməd Məmmədov, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 17. Rəşad Abdullayev (k), 9. Röyal Nəcəfov, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Qvanzav Maqomedov, 27. Eltun Hüseynov, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov, 36. Renat Aşurov, 21. David Canelidze.
Baş məşqçi: Tərlan Əhmədov.
“Rəvan”: 22. Tural Abbaszadə, 8. Elton Xudadatov, 77. İmran Təhmirazlı, 17. Zahid Quliyev, 5. Əfsər Məmmədov, 10. Mirkamil Haşımlı, 6. Çangiz Şahriari, 24. Cavid Taleb, 7. Əziz Hüseynov, 16. Samir Abdulov, 9. Ceyhun Abdullayev (k).
Ehtiyat oyunçular: 91. Elmir Namazov, 55. Saed Faxarişalde, 23. Süleyman Mustafazadə, 98. Ülvi Kələşov.
Məşqçi: Anar Vəliyev.

“Neftçi” - “Şərurspor” - 2:0
Qollar: F.Muradbəyli, 14 (1:0). M.İsayev, 22 (2:0).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Elgün Hüseynov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 80. Edson Kastilyo, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 13. Murad Ağayev, 23. Tərzin Cahangirov, 26. Kamal Qurbanov, 41. Ömər Buludov.
Baş məşqçi: Elxan Abdullayev.
“Şərurspor”: 1. Cavid Səfərov, 4. Mehman Məmmədov, 5. Aydın Mustafazadə, 12. Anar Ağayev, 3. Vüqar Həsənli, 7. Afiq Yusifov, 6. Fuad Məmmədzadə, 8. Ramil Həsənov (k), 19. Musa Rəhimov, 18. Coşqun Süleymanov, 9. Fərmayıl Əliyev.
Ehtiyat oyunçular: 94. Röyal Əlizadə, 2. Rəşad Orucov, 21. Qadir Həsənli, 11. Mətin Əbilsoy, 17. Elməddin Hüseynzadə, 10. Aslan Hüseynov.
Məşqçi: Fərid Məmmədov.

Digər oyunlar sabah keçiriləcək: “Turan Tovuz” – “Zirə”, “Şahdağ” – “Kəpəz”, “Qəbələ” – “Zaqatala”, “Qarabağ” – “Səbail”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.