2 dekabr 2016 01:00
Ramil Şeydayevin komandası ilk oyunda məğlub oldu
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti sınağına çıxıb.
Sözügedən klub doğma meydanda aşağı liqa təmsilçisi "Gümüşhanespor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan gözlənilməz məğlubiyyətlə ayrılıb - 1:2.
Şeydayevin adı ilk "18-lik"də yer alsa da, meydana buraxılmayıb.
