2 dekabr 2016 00:30
Elxan Abdullayev: Qışda yerli futbolçu almağa üstünlük verəcəyik
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev komandasının bu qış transfer planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim geniş oyunçu siyahımız var. Bu qış onları komandamızda görmək istəyirik. Bəziləri ilə bağlı artıq müəyyən addımlar da atılıb. Qış fasiləsini gözləyirik. Bu məsələyə dekabrın 15-dən sonra aydınlıq gələcək. Yerli oyunçulara üstünlük veriləcək. Qalan problemli mövqeləri legionerlərin sayəsində həll etməyə çalışacağıq. Amma yayla müqayisədə qışda futbolçu transfer etmək daha çətin olur. Buna baxmayaraq, bizə vəziyyətdən çıxmaq lazımdır".
