1 dekabr 2016 18:30
Diniyevin Terek arzusu
"Kəpəz"in müdafiəçisi Kərim Diniyev Rusiyanın "Terek" klubuna qayıtmaq arzusunda olduğunu gizlətməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir neçə il öncə "Terek"də oynamışam və indi də bu klubun çıxışını izləyirəm. Əlbəttə, yenidən bu kluba qayıtmaq istərdim. Amma indi bu çətin olar. Çünki hazırda "Kəpəz"lə Azərbaycan çempionatında dördüncü yeri tutmaq üçün mübarizə aparırıq. "İnter"ə çatmaq çətin olsa da, mümkündür. Amma dördüncü yeri tutmaq realdır. Rəqiblərimiz isə "Zirə", "Sumqayıt" və "Neftçi"dir. Bu dördlük avrokuboklara vəsiqə uğrunda mübarizə aparaca. Qarşıda "Şahdağ"la kubok matçı var. Bu turnirdə də uğurlu çıxış etmək istəyirik".
