1 dekabr 2016 17:00

Dario Federiko: Dostumu itirdim

Braziliyannın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğraması son günlərin ən kədərli xəbərlərindəndir. Azerisport.az xəbər verir ki, futbol ictimaiyyətini sarsıdan qəzada həlak olanların əksəriyyəti oyunçulardır.

Baş verənlərdən “Kəpəz” PFK-nın kollektivi də sarsılıb. Komanda üzvləri klubda çıxış edən braziliyalı Dario Federiko və Renan Silvaya təskinlik verməyə çalışıblar. Hər iki futbolçu klub saytına faciə ilə bağlı qısa fikirlərini bölüşüb:

Dario Federiko: “Braziliya xalqı üçün kədərli günləri yaşayırıq, bu, bütün futbol dünyası üçün faciədir. Xəbəri eşidən kimi sarsıntı keçirdim, əvvəlcə belə bir şeyin baş verməsinə inanmaq çətin idi. Mənim üçün bu haqda danışmaq ağrılıdır. Təyyarə qəzasında həlak olanlardan biri ilə şəxsən tanış idim, yaxın münasibətlərimiz olub. Tiaqo Vieyranı nəzərdə tuturam. Dostumu itirdim, təəssüf edirəm”.

Renan Silva: “Dəhşətli faciədir, söz deməyə adamın dili tutulur. Biz braziliyalı futbolçular baş verən hadisədən daha çox sarsılmışıq. Yaşananlar haqda düşünmək asan deyil, əlimizdən heç nə gəlmir. Həlak olanların ailə üzvlərinin nə düşündükərini hiss etmək belə çətindir. Təyyarə qəzası çox qorxunc bir hadisədir, biz özümüz də bu nəqliyyat vasitəsindən tez-tez istifadə edirik. Bizim də başımıza belə bir hadisə gələ bilər. Faciə nəticəsində dünyasını dəyişənlərdən Kleber Santana ilə bir neçə dəfə bir-birimizə qarşı oynamışıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.