1 dekabr 2016 14:40
Rəşad Sadiqov: Ondan üzr istəməmişəm, fikrim də yoxdur
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov bəyan edib ki, "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevdən üzr istəməyib və belə fikri də yoxdur. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, mənimlə əlaqə saxladı. Onunla söhbətimiz oldu. Amma mənim üzr istəməyim barədə dediyi düz deyil. Mən ondan üzr istəməmişəm, belə fikrim də yoxdur".
