1 dekabr 2016 13:00
Neftçinin Türkiyədəki ilk rəqibi bəlli oldu
"Neftçi"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərdən birinin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununu yerli "Sivasspor"a qarşı keçirəcək.
Həmin oyun yanvarın 9-da baş tutacaq.
Qeyd edək ki, "Neftçi" yanvarın 4-dən 20-nə qədər qonşu ölkədə hazırlıq keçəcək. Bakılılar bütövlükdə dörd yoxlama matçı planlaşdırır.
