1 dekabr 2016 11:40

Şahruddin Məhəmmədəliyev: Cəza almayacağıma əmin idim

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın son turunda "Qəbələ"yə qarşı keçirdiyiniz oyundan sonra rəqibin kapitanı Rəşad Sadiqov bəyan etdi ki, siz qələbə qolunu bayram edərkən onun komanda yoldaşlarına qeyri-etik jest göstərmisiniz...
- Belə olmayıb. Dəqiq! Mən heç kimə jest göstərməmişəm. Sadəcə, komandamızın vurduğu qola sevinirdim.

- O, onu da bildirib ki, Şahruddin kimi jest nümayiş etdirəni döymək də olar, öldürmək də...
- Həmin müsahibəni görən kimi, Rəşada zəng etdim və onunla danışdım. O, üzr istədi və bildirdi ki, emosiyalarını qoruya bilməyib.

- AFFA İntizam Komitəsinin sizi cəzalandıracağı gözlənilsə də, bu, baş vermədi. Bəs siz cəza gözləyirdinizmi?
- Axı mən pis heç nə etməmişəm. Ona görə də məni cəzalandırmayacaqlarına əmin idim.

- Baş verənlər sizin psixoloji durumunuza təsir göstərməyəcək?
- Xeyr. Məni yaxşı tanıyanların hamısı dəstək nümayiş etdirdi. Mən onların bu dəstəyini hiss etdim.

- Bəs Qurban Qurbanov nə söylədi?
- O mənim elə bir hərəkət edib-etmədiyimi soruşdu. Mən də cavab verdim ki, elə etməmişəm.

- Sadiqovla da söhbətləşdiyinizi nəzərə alsaq, söhbəti bağlı elan etmək olar?
- Bəli, elədir. Mümkün qədər emosional olmamağa çalışıram. Sadəcə, qol zamanı bu barədə düşünmədim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.