1 dekabr 2016 11:00
Bədavi Hüseynov: Rəşad Sadıqovun bu oyunda meydanda olması çox vacibdir
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov komandanın kapitanı Rəşad Sadıqovun zədəli olmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəşad "Qarabağ" üçün böyük fiqurdur. O, "Fiorentina" ilə oyunda meydanda olsa, bizim üçün böyük üstünlük olar. Rəşadın bu oyunda meydanda olması çox vacibdir. Qarşıdakı "Səbail"lə kubok matçına gəlincə, istənilən oyun bizim üçün vacibdir. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Ötən mövsüm də kubok görüşündə asan qələbə qazanacağımızı düşündüyümüz bir vaxtda az qala turnirdən kənarlaşdırılacaqdıq. Hələ kubok oyununa hansı heyətlə çıxacağımızı bilmirəm. Amma oyuna ciddi hazırlaşmaq lazımdır. Çünki uduzan tərəf kuboku tərk edəcək".
