1 dekabr 2016 00:35
Dmitri Nağıyevin komandası yarımfinalda
Futbol üzrə Ukrayna Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvü Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Noyabrın 20-də Premyer Liqa çərçivəsində bu rəqibinə 2:1 hesabıyla qalib gələn futbolçumuzun komandası bu dəfə də meydandan qalib ayrılıb - 1:0.
Nağıyevin adı bu görüşün iştirak ərizəsində yer almayıb. Amma minimal hesablı qələbə "Dnepr"i Ukrayna Kubokunun yarımfinalına çıxarıb.
