1 dekabr 2016 00:25
Millimiz FİFA reytinqində 33-cü sırada
FİFA çimərlik futbolu üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi 374 xalla 33-cü sırada qərarlaşıb.
Bu, Avropa ölkələri arasında 14-cü göstəricidir.
Millimizdən öndə 387 xala malik Kosta-Rika qərarlaşıbsa, bizdən sonra 370 xalla Çin gəlir.
Portuqaliya (3500), Rusiya (3204) və Braziliya (2525) yığmaları isə siyahının ən üst pillələrində qərarlaşıblar.
