30 noyabr 2016 19:00
Xavyer Junior: Ona Azərbaycandan təklif var
"Bakı"nın sabiq yarımmüdafiəçisi Xavyer Junior Sloveniya "Domjale"sindəki komanda yoldaşı - azərbaycanlı futbolçu Samir Məsimovla bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məsimovun "Domjale"də niyə oynamadığını demək çətindir. Hər məşqçinin öz baxışı var. Samir gəncdir və ona Avropada oynamaq çətindir. Onunla bu barədə söhbətimiz olub. Gələcək planlarını bilirəm. Amma detallar barədə sizə məlumat verə bilmərəm. Ona oynamaq şansı verilmir. Lakin əminəm ki, şans qazansa, bundan yararlana, özünü yaxşı tərəfdən göstərə bilər. Bildiyimə görə, ona Azərbaycandan təklif var".
