30 noyabr 2016 18:20
Kamran Ağayev zədəsindən danışdı
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev zədələnib. Azerisport.az saytına açıqlamasında o, zədəsindən danışıb:
"Bu gün müayinədən keçdim. Müayinə zamanı ciddi bir şey olmadığı üzə çıxdı. Dəqiq nə vaxt meydana qayıdacağımı bilmirəm. Amma dekabrın bir hissəsini oynamayacağam".
