30 noyabr 2016 18:00

Ruslan Qurbanov: Hakim özü səni təxribata çəkirsə, necə əsəbləşməyəsən?

"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Qalmaqallı matçla bağlı nə deyə bilərsiniz?
- Yaxşı, baxımlı oyun alındı. Stadiona gələn azarkeşlərin gördüklərindən razı qaldığını düşünürəm. Oyunun ən yaxşısı isə hakim oldu. O, artıq ölkənin ən yaxşı hakimidir. Artıq nəsə deməyin mənası yoxdur. Orada penalti olmadığına yüz faiz əminəm. Yaxşı, tutaq ki, orada penalti var idi, bəs bu qədər əlavə vaxtı niyə təyin etdi?

- Sizcə, o, səviyyəsi aşağı olduğu üçün belə idarəçilik etdi, ya qərəzli idi?
- Niyə belə olduğunu mən bilmirəm. Amma belə hakimlərə görə Premyer Liqa inkişaf edə bilməz. Oyunlara belə hakimlər təyin olunursa, necə inkişaf etsin? TPL heç vaxt inkişaf etməyəcək.

- Şahruddin Məhəmmədəliyevin qələbə qoluna sevinərkən etdiyi hərəkətlə bağlı nə düşünürsünüz?
- Onun qoldan sonrakı davranışını klubu cəzalandırmalıdır. Mən buna qiymət verə bilmərəm. "Qarabağ"ın baş məşqçisinin onun hərəkətinə qiymət verəcəyini düşünürəm.

- Bəs oyundan sonrakı dava ilə bağlı nə deyə bilərsiniz?
- Heç kim uduzmaq istəmir. Nəzərə almaq lazımdır ki, biz hesabda öndə idik, qələbəyə bu qədər yaxın olduğumuz halda uduzduq. Mən hələ də anlaya bilmirəm ki, Həsənov o epizodda necə penalti təyin etdi. Orada qaydanın pozulduğunu görmədim. Yan xətt hakimi də dedi ki, görmürsənsə, necə penalti təyin edirsən? Artıq ondan danışmaq da istəmirəm. Artıq alışmışam. Eyni futbolçu 3-4 dəfə məni vurur, amma o, həmin oyunçuya sarı vərəqə göstərmək əvəzinə, onu mənə göstərir. Bu mövsüm mən ümumiyyətlə meydanda danışmamağa çalışıram. Amma hakim özü səni təxribata çəkirsə, necə əsəbləşməyəsən?

- Elvin Yunuszadə sizi oyun vaxtı təxribata çəkirdi?
- Bu, oyun epizodu idi. Həyatda biz dostuq. Meydanda olanlar orada da qaldı.

- Belə oyundan sonra bərpa olmaq çətin olmayacaq?
- Əlbəttə, belə oyunda uduzmaq çox ağırdır. Psixoloji planda bizdə hər şey qaydasındadır. Baş məşqçi səhvlərimizi bizə göstərəcək. Artıq bu oyun geridə qaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.