30 noyabr 2016 17:30
Sadiqov Məhəmmədəliyevlə barışdı
Topaz Premyer Liqasının 13-cü turunun "Qarabağ" - "Qəbələ" matçının qalmaqalla zəngin son dəqiqələrində diqqət çəkən olaylardan biri də qonaqların kapitanı Rəşad Sadiqovun qələbə qoluna sevinən rəqibin ehtiyat qapıçısı Şahruddin Məhəmmdəliyevlə davası idi. Azerisport.az xəbər verir ki, o, buna görə gənc qolkiperə hücum çəkmiş, hətta onu vurmuşdu və iki komandanın futbolçuları arasında dava düşmüşdü.
Bu gün isə sözügedən futbolçular öz aralarında söhbət edərək məsələyə tam aydınlıq gətiriblər və barışıblar.
