30 noyabr 2016 17:00
Qəbələ Avropada 7-ci oldu
"Qəbələ"nin məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun komandası Topaz Premyer Liqasının cari mövsümündə məğlubiyyət tanımasa da, 13-cü turda "Qarabağ"la səfər oyunu ilk yenilgi ilə yadda qaldı.
"Qəbələ"nin bu göstəricisi Avropada 7-ci olub. Belə ki, qitə ölkələrinin milli çempionatlarında ən uzun məğlubiyyətsiz seriya Danimarkada qeydə alınıb (19 oyun).
Bu ölkəni Xorvatiya (17), İsveçrə, Ukrayna və Uels (16) izləyir.
Bolqarıstanda bu seriya 14-cü turda qırılıb. İspaniyada "Real" da 13 turdur uduzmur.
Şotlandiyada isə "Seltik" "Qəbələ" kimi 12 oyundur məğlubiyyət tanımır.
