30 noyabr 2016 16:40
Azərbaycan dünya reytinqində 10-cudur
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azəraycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.
Komandamızın hesabında 1435 reytinq xalı var.
AÇ-2018-in əsas seçmə mərhələsində millimizin rəqibi olan Macarıstan 1194 xalla 30-cu, Bosniya və Herseqovina isə 1127 xalla 38-cidir.
Reytinq cədvəlinə Braziliya (1916) liderlik edir. Onları İspaniya (1891) və Rusiya (1758) izləyir.
