30 noyabr 2016 15:40
Kamran Ağayev zədə aldı
Futbol üzrə Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev zədə alıb. Azerisport.az xəbər verir ki, onun iki aya yaxın yaşıl meydanlardan kənarda qalmaq təhlükəsi var.
Millimizin qolkiperi ilə bağlı dəqiq diaqnoz bu gün aparılacaq rentgendən sonra müəyyənləşəcək.
