30 noyabr 2016 14:00
Milan Zaqorats: Onun ölümü əsl faciədir
"İnter"in sabiq futbolçusu Milan Zaqorats keçmiş komanda yoldaşı Felipe Maşadonun ötən gün Kolumbiyada aviaqəzada dünyasını dəyişməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ də Maçadonun öldüyünə inana bilmirəm. Bu, əsl faciədir. Onu yaxşı tanıyırdım, "İnter"də birgə altı ay futbol oynamışdıq. Həmişə sakit tərzi ilə seçilirdi, ən pozitiv adamlardan biri idi. "İnter"ə gələnə qədərə Braziliya və Bolqarıstanda oynamışdı. Yaxşı futbolçu idi. Amma Maşado Kaxaber Sxadadzenin xoşuna gəlmirdi, buna görə də az oynadı".
