30 noyabr 2016 12:20

Tarixi derbinin qəhrəmanları qələbədən danışdılar

Tarixi derbidə “Neftçi” üzərində qazanılan qələbəyə Orxan Əliyevlə Julien Ebahın töhvəsi xüsusi oldu. Azerisport.az xəbər verir ki, məhz bu futbolçuların vurduğu qollar “Kəpəz”i qələbəyə daşıdı.

Əliyev ilk yarıda, kamerunlu isə fasilədən sonra fərqləndi. Klub saytına açıqlama verən hər iki futbolçu matçla bağlı fikirlərini bölüşüb.

Orxan Əliyev: “Oyuna qələbə üçün çıxmışdıq və qarşıya qoyulan vəzifənindən öhdəsindən gəldik. Yaxşı komanda olduğumuzu, qalib gələ bildyimizi bir daha göstərdik. Qol vura bildiyimə görə sevinirəm. İmkan düşdü və mən fürsətdən lazımınca yararlandım. Hiss edirəm ki, oyundan-oyuna təcrübəm artır, qarşıdakı görüşlərdə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Qolların sayını artırmaq lazımdır”.

Julien Ebah: “Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.