30 noyabr 2016 12:00
Qurban Qurbanovdan növbəti qadağa
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularına yenidən mətbuatla ünsiyyəti qadağan edib. Azerisport.az xəbər verir ki, bu qadağa Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində baş tutacaq İtaliya "Fiorentina"sı ilə oyuna qədər davam edəcək.
Qeyd edək ki, Ağdam klubunun çalışdırıcısı Avroliqada Çexiya "Slovan"ı ilə səfər oyunu öncəsi də belə qadağa tətbiq etmişdi. "Qarabağ" həmin oyunda 0:3 hesabıyla uduzsa da, ötən gün Premyer Liqada əsas rəqibi "Qəbələ"yə qalib gəlməyi (2:1) bacardı.
Bu görüşdən sonra ağdamlı futbolçuların mətbuatdan qaçması görüşün qalmaqalla başa çatması ilə əlaqələndirilsə də, sonradan baş məşqçinin qadağa qoyduğu məlum olub.
