30 noyabr 2016 11:40
Millimizin potensial rəqibləri müəyyənləşir
Yanvar ayının 8-dən 21-nə qədər Sankt-Peterburqda Valentin Qranatikinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-19 yığması da sözügedən turnirdə qüvvəsini sınayacaq.
Artıq bu turnirə qatılacaq 16 komandadan daha bir neçəsinin kimliyi bəllidir. Belə ki, millimizdən əlavə meydan sahibi Rusiya, Sloveniya, Bolqarıstan, Slovakiya, Belarus və Hindistan yığmaları da turnirə qatılacaq.
