30 noyabr 2016 00:40
Qarabağın futbolçuları mətbuata danışmaq istəmədilər
"Qarabağ"ın futbolçuları Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (2:1) sonra mətbuatla ünsiyyət qurmaqdan imtina ediblər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi və ya məşqçilər onlara buna dair heç bir qadağa qoymayıb.
Sadəcə, görünür onlar qalmaqallı qarşılaşmadan sonra özləri açıqlama verməkdə maraqlı olmayıblar.
