30 noyabr 2016 00:30
Ruslan Qurbanov: Oyunun ən yaxşısı Rəhim Həsənov idi
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun alındı. Qarşılaşma yəqin ki, tamaşaçıların da xoşuna gəldi. Oyunun ən yaxşısı kimi Rəhim Həsənovu qeyd edərdim. Fikrimcə, onun mükafatını gecikdirmək olmaz. Ona dərhal çempionluq kuboku təqdim olunmalıdır".
