29 noyabr 2016 22:15

Qurban Qurbanov: Mütləq cəzalanacaq!

Topaz Premyer Liqasınıs 13-cü turunun son matçında “Qarabağ” “Qəbələ”ni məğlub edib - 2:1. Azerisport.az xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov öncə bunları deyib:

- Bizim üçün vacib oyun idi. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər. Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var.

- Oyundan sonra rəqib futbolçulara qarşı qeyri-erik hərəkət edən Şahruddin Məhəmmədəliyevi cəzalandıracaqsızmı?
- Elə hal olubsa, mütləq cəzalanacaq. Amma mən onu tanıdığım üçün deyirəm ki, ola bilsin, sevinmək hərəkəti olub. Lakin siz deyən kimidisə, bu, qeyri-etikdi və ona görə mütləq cəzalanacaq, Açığı, ondan elə hərəkət gözləmirəm.

- Hakimlikdən razı qaldınız?
- Həmişə qeyd etmişəm ki, derbi oyunlarını idarə etmək asan deyil. Qəbələdə məğlub olduğumuz matçı da bu hakim idarə etmişdi. Ümumi narazılıq mən tərəfdən də oldu, rəqib tərəfdən də.

- Oyun planlaşdırdığınız kimi getdimi?
- İlk hissəni pressinqlə başlamaq, rəqibi topsuz qoymaq istəyirdik. İkinci hissənin əvvəlində o tempi saxlaya bilmədik. “Qəbələ” 15 dəqiqəlik istirahətdən sonra daha da aktivləşdi. Sonra öz səhvimizdən qol buraxdıq. Amma ümumilikdə futbolçularımdan razı qaldım.

- Görsəydiz ki, hesabda üstünsüz, Almeydaya deyərdiz ki, penaltini kənara vursun?
- Bir halda ki, orada penaltinin olub-olmadığını heç kim bilmir, mən hardan bilim. “İnter”lə oyunda epizod mənim gözümün qarşısında olmuşdu, ona görə demişdim ki, vurma. Burada isə epizod uzaq idi.

- Arif Daşdəmirova bu gün şans verməməyiniz nə ilə bağlı idi?
- Hansısa səhvə görə dəyişiklik etməli olsaydım, “Slovan”la matçda müdafiəçilərin dördünü də dəyişərdim. Həmin görüşdə Maksimin də, Bədavinin də səhvi oldu. Lazım olsa, sabah Maksimi yenə mərkəzdə oynada bilərik. Sadəcə, bu gün rəqibin çox sürətli hücumları olurdu, Arifə şans verməməyim “Slovan”la matçdakı çıxışına görə deyildi.

- Elvin Yunuszadəyə “Fiorentina” ilə görüşdə də şans verəcəksizmi?
- Hələ o oyuna çox vaxt var. Rəşad Sadıqov fərdi məşqlərə başlayıb. Maksimin, Migel Maderanın oynamaması, Rəşadın zədəli olması bizə istər-istəməz problem yaradacaq. Zədədən sonra bəzən elə hal olur ki, bir həftəlik müalicədən sonra orqanizmdə dəyişiklik olur. Sadəcə, dizdə alınan zədə riskli olur. 5-6 gün gözləyək, görək necə olacaq? Rəşadın “Fiorentina” ilə matçda oynamaq ehtimalı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.