29 noyabr 2016 21:45

Roman Qriqorçuk: Bizim oyunumuz o qədər də ideal deyil

Azərbaycan Premyer Liqasnın 13-cü turunda səfərdə “Qarabağ”a uduzan (1:2) “Qəbələ”nin baş məşçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Gözəl oyun izlədik. Hakimlərlə bağlı ötən mövsüm də danışmışdım. Bu mövsüm də həmin hadisələr davam edir. İndi mən evə getmək istəyirəm, ancaq psixoloji cəhətdən komandanın yanında olmağı arzulayıram. Düzünü deyim, getmək istəyirəm.

- Sizin sözlərinizdən belə çıxır ki, Azərbaycan Premyer Liqasında oyunların nəticəsi meydanda yox, kabinetlərdə həll olunur...
- Bu dediyim sözlərin heç biri “Qarabağ”a aid deyil. Bu komandaya, baş məşqçisinə hörmət edirəm.

- Son sözlərinizdən belə aydın olur ki, komandadan getmək istəyirsiz. Bir də, sizcə, bu oyunda hakimin qərarları qərəzdən, yoxsa savadsızlıqdan irəli gəlirdi?
- Mən dedim ki, evə getmək istəyirəm. Ancaq belə vəziyyətdə komandamın yanında olacam. O ki qaldı ikinci suala, məncə, azərbaycanlı hakimlər oyun idarə etməyi bacarırlar. Ancaq necə ola bilər ki, top oyunçunun üzünə dəysin, hakim isə penalti təyin etsin?

- Son dəqiqələrdə sanki komandanı meydandan çıxarmaq istəyirdiz...
- Xeyr. Sadəcə, komandamın münaqişəyə qarışmamasını istədim.

- “Qəbələ” artıq neçənci dəfədi qələbə hesabını qoruyub saxlaya bilmir. Bunun səbəbi nədi?
- Bizim oyunumuz o qədər də ideal deyil. Ancaq bu gün nəyin çatışmadığını bilmirəm. Oyunun əvvəlində də, sonunda da səhvlərimiz oldu. Ancaq bu o demək deyil ki, biz həmişə belə oynayırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.