29 noyabr 2016 21:40
Rəşad Sadiqov: Belə vəziyyətdə adam onu döyər, hətta öldürər də
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:2) sonra baş verənlərə, eləcə də rəqib qapıçı Şahruddin Məhəmmədəliyevin təxribat xarakterli davranışına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hakim bütün oyunu korladı. Belə hakimlik olmaz. Orada penalti var idi? Şahruddinə gəlincə, o, hələ uşaqdır. Qoy öz yerində otursun. Belə vəziyyətdə adam döyər də, yeri gələndə öldürər də".
