29 noyabr 2016 21:30
Ramin Musayev də Rəhim Həsənovdan narazı qaldı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Qəbələ" oyunundan (2:1) sonra hakimlər otağına baş çəkib. Azerisport.az xəbər verir ki, Musayev də Rəhim Həsənovun idarəçiliyindən narazı qalıb.
Qeyd edək ki, PFL prezidentini görən "Qəbələ"nin yarımmüdafiəçisi uzaqdan ona belə müraciət ünvanlayıb: "İmkan verin futbol oynayaq! Belə olmaz! Bizim oyunçu qan içindədir, hakim isə qapımıza penalti təyin edir".
