29 noyabr 2016 21:20
Mərkəzi oyundakı davanın səbəbkarı Qarabağın qapıçısı olub
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Qəbələ" oyunundan sonrakı davanın əsas səbəbkarının kim olduğu müəyyənləşib. Azerisport.az xəbər verir ki, oyuna əlavə edilmiş 7-ci dəqiqədə vurulan qələbə qolundan sonra meydan sahiblərinin ehtiyatda qalan qapıçısı Şahruddin Məhəmmədəliyev qonaqların futbolçularına qeyri-etik jest göstərib.
Məhz onun idmançıya yaraşmayan hərəkəti onsuz da gərgin olan əsəbləri daha da tarıma çəkib və ara qarışıb.
